Xəzər Xəbər

Yayın ən güclü GEOMAQNİT QASIRĞASI gəlir... VİDEO

Veb TV | 00:05 • 11 İyun 2023
Yayın ən güclü GEOMAQNİT QASIRĞASI gəlir...

Yayın ilk ayının ciddi maqnit qasırğaları başlayır.

Xezerxeber.az xəbər verir ki, bu qasırğalar  geozərbələrin gücü ilə fərqlənəcək. Onlardan bir neçəsi çox hiss olunacaq.

Maqnit qasırğalarının tərtib olunmuş təqvciminə görə,  zəif maqnit qasırğaları-16-30 iyun,  orta maqnit qasırğaları: 28- 29 iyun, güclü maqnit qasırğaları isə 18-20 iyun tarixlərinə təsədüf edəc

“Bəs maqnit qasırğaları insan sağlamlığına necə təsir edir?”

Terapevt Mətanət Cəfərova “Xəzər Xəbər”ə müsahibəsində qeyd edib ki, bu cür dalğalanmalar ən çox meteohəssas insanlara, yaşlılara və müəyyən xroniki sağlamlıq problemləri, xüsusən də ürək-damar xəstəlikləri olanlara təsir edir.

"Bu dövrdə baş ağrısı, miqren, zəiflik hissi əzab verə, xəstəliklər ağırlaşa, təzyiq sıçrayışları ola bilər."

Mətətanət Cəfərova qeyd edib ki, qasırğanın mənfi təsirlərini minimuma endirmək üçün qasırğadan əvvəlki günlərdə və qasırğa zamanı sağlam həyat tərzi vərdişlərinə əməl etmək məsləhətdir.

Mürtəxəssis qeyd edib ki, belə günlərdə stressdən, ağır yüklərdən uzaq olmaq lazımdır. Fast food, yağlı, qızardılmış, duzlu və ədviyyatlı qidaları az yemək vacibdir. Bunun əvəzinə daha çox tərəvəz və meyvə yeyin.

Mətanət Cəfərova qeyd edib ki, qəhvə, siqaret və spirtdən imtina edin.

Otağı mütəmadi olaraq havalandırın və təmiz havada ən azı qısa bir gəzintiyə çıxmağa çalışın. Mümkünsə, günün eyni vaxtında yatın və kifayət qədər yuxu aldığınıza əmin olun.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024