9 iyun - milli dövlətçiliyimizin, xalqımızın, ölkəmizin qurtuluşuna gedən yolun başlanğıc günüdür.
Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın dahi şəxsiyyət Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc-mərcliyin, itaətsizliyin, anarxiyanın, hərbi xəyanətin qarşısını yalnız o böyük insan ala bilərdi.
Həmin hadisələrin canlı şahidi, millət vəkili Arzu Nağıyev deyir ki, vəziyyət o həddə çatmışdı ki, müəyyən dağıdıcı dairələr ölkəmizin bəzi regionlarını necə ələ keçirmək barədə düşünürdü.
O zaman vəziyyəti düzgün qiymətləndirən xalqın qərarı Bakıya - ölkə rəhbərliyinə ulu öndər Heydər Əliyevin gəlməsi oldu. Bu məqsədlə Naxçıvana, ulu öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Və nəyahət böyük qayıdış baş tutdu.
Heydər Əliyev Azərbaycan xalqını, Azərbaycan dövlətini, Azərbaycan bayrağını məhv olmaqdan xilas etmək üçün bu yola çıxmışdı.
O zaman təkcə Gəncədə yox, ölkənin hər yerində daxili sabitlik pozulmuş, qanunsuz silahlı quldur dəstələri meydan sulayırdı. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan "surətçilərin" və "əlikramçıların" at oynatdığı məkana çevrilmişdi.
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin və xalqının qanına susamış bütün planların üstündən birdəfəlik xətt çəkdi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başladı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: