Akademik Milli Dram Teatrının adından dələduzluq edilib.
Xezerxeber.az-ın məlumatına görə, "Azdrama"nın adından saxta sayt açılaraq, teatrın adından bilet satılır.
"Azdrama" bununla bağlı məlumat yayıb. Bildirilib ki, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı sayt vasitəsilə insanlara tamaşa biletləri təklif edir. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir.
Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib ki, aldanaraq bu saytdan bilet alan insanlar da var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: