Özəl taksi şirkətləri ilə bağlı narazılıqların sayı çoxalır.
Xezerxeber.az-ın məlumatına görə, ekspert Elməddin Muradlı bildirir ki, Azərbaycanda taksi fəaliyyəti ilə bağlı xaotik vəziyyət yaranıb.
Ona görə də keyfiyyətin artırılması və sərnişinlərə münasibətdə sivil metodlardan istifadə edilməsi ilə bağlı təlimlərin keçirilməsinə ehtiyac var.
Elməddin Muradlı bildirir ki, taksi xidməti göstərilən zaman keyfiyyətlə yanaşı təhlükəsizliyin tənzimlənməsi də çox vacibdir.
Mütəxəssisin sözlərinə görə, taksi xidməti sahəsində keyfiyyətin yüksəldilməsi üçün artıq bu mərhələdə uğurlu yanaşmalar edən ölkələrin təcrübəsindən faydalanmaq olar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: