Şuşada aşkarlanan insanın qol, ayaq, kəllə sümükləri və ovularaq artıq daşa-torpağa qarışan qırıntılar kütləvi məzarlığı xatırladır.
Bu sümüklərin konkret olaraq kimlərə məxsus olduğu hələlik bilinmir, ancaq işgəncə ilə öldürüldükləri göz məlumdur.
Bütün bunlar həbsxanada saxlanılmış əsir azərbaycanlılara edilən zülmün qalıqları, günahsız insanların yaşadığı ağrının göstəricisidir.
Bütün bunların gizli qalacağını düşünən ermənilər tarix boyu utanmadan özlərini qədim, sivil bir xalq kimi qələmə veriblər. Bu kadrların isə vəhşilikdən başqa bir adı yoxdur. Erməniləri dünyanın yazıq, əzilən xalqı kimi tanıyan xarici dairələr bu kadrları izləyib öncəki fikirlərini yeniləməlidirlər.
Mövzu ilə bağlı danışan Fikrət Sadıqov hesab edir ki, aşkarlanan bu cür məzarlıqların bəzilərini olduğu kimi qoruyub-saxlamaq lazımdır. Çünki bundan sonra Qarabağa çox turistlər, qonaqlar gələcək. Onlar da ermənilərin əsl siması ilə tanış olub, onları tanımalıdılar.
Qeyd edək ki, daha əvvəl də Şuşa rayonun Daşaltı kəndində, Xocavəndin Edilli kəndində, Xocalının Fərrux kəndində, Füzulinin Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib və ümumilikdə 400-dən artıq insana məxsus qalıqlar tapılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: