Xəzər Xəbər

Gəncə hadisələri...Vətəndaş müharibəsi ilə üzbəüz... VİDEO

Veb TV | 23:50 • 3 İyun 2023
Gəncə hadisələri...Vətəndaş müharibəsi ilə üzbəüz...

Azərbaycan  ikinci dəfə qazandığı müstəqilliyi  əldən vermək üzrə idi. 1992-ci ildə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni  bərbad vəziyyətə saldı. Ölkədə Qanunsuz silahlı quldur dəstələri meydan sulayır, iqtidarın səriştəsizliyi nəticəsində xalq iqtisadi böhranın məngənəsində boğulurdu.

Xezerxeber.az xəbər verir ki,1993-cü il iyunun 4-də Gəncədə başlayan qanlı hadisələr Azərbaycan xalqını milli istiqlaldan məhrum olmağın bircə addımlığınadək gətirmişdi. AXC-Müsavat iqtidarı bu addımın qarşısını almaq üçün heç bir iş görmək gücündə deyildi.

"Belə bir vəziyyətdə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıdışı  ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi."

Millət vəkili Aydın Mirzəzadə bildirir ki, əgər Ümummilli Lider həmin vaxt Bakıya qayıtmasaydı, hakimiyyət daxilində gedən didişmələrin nəticəsi çox ağır olacaqdı.

Heydər Əliyev güclü Lider kimi Azərbaycanı fəlakətdən qurtarıb inkişaf yoluna yönəltdi, müstəqilliyimizi əbədi etdi.

İlham Əliyev isə güclü Lider olaraq Azərbaycanı güclü dövlətə çevirdi, ərazi bütövlüyümüzü bərpa etdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti