Xəbər verdiyimiz kimi, Moskvada Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli işçi qrupun iclasında Azərbaycanla Ermənistan arasında ümumi anlaşma əldə olunub.
Rusiya Baş nazirinin müavini Aleksey Overçukun üçtərəfli işçi qrupun 12-ci iclasının yekunları ilə bağlı mətbuata açıqlamasında bildirilib ki, Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.
Politoloq İlyas Hüseynov bildirib ki, toplantıda əldə olunan anlaşma mühüm irəliləyişdir.
O, qeyd edib ki, dəmir yolu əlaqələrinin formalaşdırılması Rusiyanın da maraqları daxilindədir.
Danışıqların nəticələri barədə Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinə məlumat veriləcək.
Tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər", - deyə Overçukun açıqlamasında qeyd olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: