''Salyan rayonu Kür çayının mənsəbində yerləşdiyi üçün onun su təchizatında müəyyən çətinliklər olur, amma onlar aradan qaldırılır''.
Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Meliorasiya və Su təsərrüfatı" ASC-nin Suvarma şöbəsinin müdir müavini Qulu Kərimov bildirib.
Onun sözlərinə görə su qıtlığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür.
Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təşkil edilən mediatur zamanı bildirilib ki, Neftçala şəhərində magistral su kəmərlərinin inşası ilə paralel olaraq içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulmasına başlanıb.
"Proses mərhələlərlə davam etdirilir."
Layihə çərçivəsində gələcəkdə 8,6 km kanalizasiya kollektoru, tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğu da inşa ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: