"Son dövrlər quduzluq şübhəsi ilə bağlı müraciət edənlərin sayı çoxalıb.
Xezerxeber.az-ın xəbərinə görə, Respublika Klinik Xəstəxananın həkim infeksionisti Arzu Mirzəliyeva bildirdi ki, xəstəyə anında, məhz quduz heyvan dişləyəndə, yaxud cırmaqlayanda müdaxilə olunmalıdır.
"Çünki, xəstəliyin hər hansı əlaməti meydana çıxanda, artıq müdaxilə gecikmiş hesab olunur, xəstəyə kömək etmək olmur."
Həkim bildirdi ki, əgər dişləyən heyvan məlumdursa və 10 gün müddətində sağ qalmışsa müalicə kursu 3 vaksinlə yükunlaşıdırıla bilər, əks halda mütləq xəstə tam doza kursunu almalıdır!
Vurgulanıb ki, xəstəliyin simptomları hətta bir ilədək müddətə özünü göstərə bilər.
Həkim infeksionist əlavə edib ki, quduz heyvan dişləsə də, ancaq vaxtında immunoqlabin vurulub vaksinasiya olunan xəstələrin sağ qalmaq ehtimalı var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: