Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin təxribata hazırlaşdığını əks etdirən yeni görüntülər yayılıb.
Xezerxeber.az xəbər verir ki, separatçılar Xocalı hərbi poliqonunda atış təlimləri keçiblər.
"Bütün bunlar Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlıların gözü qarşısında baş verir."
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, prezident İlham Əliyevin son xəbərdalığından sonra separatçılar təlaşa düşüblər.
Ekspertin sözlərinə görə, qeyri-qanuni silahlı birləşmələri silahı yerə qoymaq əvəzinə təhlükəli oyunlara əl atırlar.
Üzeyir Cəfərov əlavə edib ki, separatçılar belə kiçik addımlarla Qarabağda öz varlıqlarını qoruya bilməyəcəklər. Çünki, onların bütün hərəkətləri nəzarət altındadır.
“Azərbaycanın səbr kasasını daşıran bu hərəkətlər antiterror əməliyyatlarını qaçılmaz edə bilər.”
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: