Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan Ankarada Anıtqəbiri ziyarət edib.
Xezerxeber.az-ın xəbərinə görə, o, seçkilərin nəticəsinin millətə xeyirli olmasını diləyib.
“Hesab edirik ki, Prezident Hökümət Sisteminin etimad səsi aldığı bu seçkilər millətimiz üçün yeni bir dövrün qapılarını açdı. Qarşıdakı 5 il ərzində “Türkiyə Əsri” ilə bağlı vizyonumuzu reallaşdırmaq üçün çox çalışmaqda davam edəcəyik”, - deyə Ərdoğan vurğulayıb.