Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.
Xezerxeber.az FHN-nə istinadən xəbər verir ki, Agentliyin mütəxəssisləri tərəfindən Sumqayıt şəhərində yerləşən “Göyərçin” parkı ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb.