Xəzər Xəbər

Bulvarda skuter sürmək qadağan olundu VİDEO

Ərazidə skuter sürənlər cərimə olunacaqlar
Veb TV | 21:38 • 2 İyun 2023
Bulvarda skuter sürmək qadağan olundu

Dənizkənarı Bulvar ərazisində skuterlərin istifadəsinə qadağa qoyulub. Artıq bu ərazidə skuter sürənlərə cərimə tətbiq ediləcək.

Xezerxeber.az-ın məlumatına görə, Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva bildirib ki, skuterlərdən istifadəyə qadağa qoyulmasının əsas səbəbi vətəndaşların şikayətləri olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi isə skuter sürənlərə xəbərdarlıq edilib.

Skutyer sürənlər isə qaydalara riayət etdiklərini bildiriblər.

Apardığımız sorğu zamanı o da məlum oldu ki, skuter sürənlər cərimələr haqqında xəbərsizdirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar