Qadınlara ağır sənaye sahəsində çalışmaq imkanı yaradılacaq. Bu, baş nazir Əli Əsədovun imzaladığı qərarda öz əksini tapıb.
Xezerxeber.az-ın məlumatına görə, qadın əməyinin tətbiqi qadağan edilən, əmək şəraiti ağır olan istehsalat sahələrinin, peşələrin, habelə yeraltı işlərin siyahısı ilə bağlı qərar ləğv edilib.
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov bildirib ki, qərara əsasən, mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə və iş yeri azaldı. Bununla da ümumilikdə 204 peşə və iş yeri müəyyən edilib.
Sahib Məmmədov qeyd edib ki, bundan sonra əmək münasibətlərində qadınların məşğulluq imkanlarının artırılması təmin ediləcək. Qərar ölkə üzrə qadınlarla kişilərin orta aylıq əməkhaqqı səviyyələri arasındakı fərqliliyin aradan qaldırılmasına da imkan verəcək.
Mütəxəssis əlavə edib ki, qərara əsasən, artıq qadağan edilən peşə və iş yerləri yalnız hamilə və bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: