Xəzər Xəbər

Əllərindən telefon düşməyən avtobus sürücüləri - Təhlükə nə vaxtadək davam edəcək? VİDEO

Onlar problemlərini elə sükan arxasındaca telefonla həll edirlər
Veb TV | 20:10 • 2 İyun 2023
Əllərindən telefon düşməyən avtobus sürücüləri - Təhlükə nə vaxtadək davam edəcək?

Bəzi avtobus sürücüləri məişət problemlərini elə sükan arxasında olarkən telefonla həll edirlər.

Onlar avtobus hərəkətdə olarkən davamlı olaraq telefonla danışır, bəzən təhlükəli vəziyyət də yaradırlar.  

“Xəzər Xəbər” paytaxtda fəaliyyət göstərən 12 və 51 saylı marşrut xətləri üzrə işləyən avtobuslarda mövzu ilə bağlı videogörüntülər qeydə alıb və bununla bağlı reportaj hazırlayıb.

Məsələyə münasibət bildirən 51 nömrəli avtobusların aid olduğu daşıyıcı şirkətin direktoru Qalib Salahov "Xəzər Xəbər"ə bildirdi ki, həmin sürücü Musayev Novruz Xaliq oğludur. Ona əməlinə görə töhmət verilib.

12 nömrəli avtobusların aid olduğu daşıyıcı şirkətin rəhbəri Fikrət Əhmədov isə sualımıza cavab vermədi. O, özümüzü təqdim edən kimi dəstəyi asdı və sonrakı zəngləri cavablandırmadı.

Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, sürücülərin sükan arxasında telefondan istifadə etməsi qanun pozuntusu olmaqla yanaşı, təhlükəsizlik baxımından da risk yaradır. Buna görə də sözügedən marşrut xətləri üzrə daşıyıcılara Agentlik tərəfindən xəbərdarlıq ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar