Xəzər Xəbər

Sumqayıtdakı yataqxanaların aqibəti necə olacaq? VİDEO

Veb TV | 20:41 • 2 İyun 2023
Sumqayıtdakı yataqxanaların aqibəti necə olacaq?

"Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qayıtdıqca, onların yaşadığı evlərin yataqxanalarda çətin şəraitdən əziyyət çəkən insanlara verilməsini təklif edirəm".

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Tahir Mirkişili Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitəsinin birgə iclasında bildirib. Onun sözlərinə görə, Sumqayıtda bir çox yataqxanalarda insanlar çətin şəraitdə yaşayırlar.

Millət vəkilinin bu təklifinə maliyə naziri Samir Şərifov cavab verib. Bildirib ki, Sumqayıtdakı yataqxanaların istismar müddətinin bitməsi ilə bağlı məlumat var. Yaxın zamanlarda qəzalı binalarla bağlı əməli addımlar atılacaq.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə iş yerlərinin yaradılmasından və peşə hazırlığından danışıb. Qeyd edib ki, Nazirliyin hədəfi ildə 30 min şəxsi peşə hazırlığına cəlb etməkdir.

Nazir bildirib ki, iş yerlərinin açılması ilə paralel ixtisaslı işçi qüvvəsinin də yaradılması lazımdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar