Xəzər Xəbər

Sosial islahat paketləri üzrə ayrılan vəsait açıqlanıb VİDEO

Veb TV | 21:16 • 2 İyun 2023
Sosial islahat paketləri üzrə ayrılan vəsait açıqlanıb

Son 5 ildə 4 sosial islahat paketi icra olunub.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Onun sözlərinə görə, həmin sosial islahat paketləri üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb.

4 milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq əməkhaqqında 65 faiz, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib.

Nazir müavini Qarabağ müharibəsi iştirakçılarının mənzillə təmin olunması məsələsindən də danışıb. Bildirib ki, bu proqram hər iki müharibənin iştirakçıları üçün paralel həyata keçirilir.

Anar Kərimov qeyd edib ki, reabilitasiya sahəsində Avropa təcrübəsi öyrənilir və tətbiqinə səy göstərilir. Son 5 ildə 100 mindən artıq vətəndaşa reabilitasiya xidməti göstərilib.

Nazir müavini bölgələrdə yeni reabilitasiya mərkəzlərinin açılacağını diqqətə çatdırıb.

Anar Kərimov qarşıdakı dövrdə hansı bölgələrdə dost mərkəzlərinin fəaliyyət göstərəcəyinə aydınlıq gətirib.

Qeyd edib ki, növbəti mərhələdə Naxçıvan, Bərdə, Quba, Sumqayıt, Gəncə və Masallıda DOST mərkəzlərinin açılışı planlaşdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar