Salyanda oğrular vəfat etmiş şəxslərin qızıl dişlərinə göz dikiblər.
Xezerxeber.az-ın məlumatına görə, Salyan Rayon Polis Şöbəsinə rayonun Arbatan və Kürqaraqaşlı kəndləri ərazisində yerləşən qəbiristanlıqlarda iki qəbirin naməlum şəxs və ya şəxslər tərəfindən qazılması, eləcə də dəfn olunmuş şəxslərin qızıl dişlərinin oğurlanması barədə məlumat daxil olub.
Aparılan tədbirlər nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən şəxslərin Abşeron rayon sakinləri Abas Abasov, Xəyal Mustafayev və Rəsul Elyasov olduqları müəyyən edilib və onlar saxlanılıb.
Məlum olub ki, onlar mayın 7-də gündüz saatlarında rayonun Arbatan kəndi ərazisində yerləşən qəbiristanlığa gələrək Rəsul Elyasov vəfat edən bibisinin məzarını qazıb, onun iki qızıl dişini çıxararaq oradan uzaqlaşıblar. Gecə saatlarında isə Kürqaraqaşlı kəndi ərazisində yerləşən qəbiristanlığa gələrək başqa bir məzarı qazıblar və orada dəfn olunan şəxsin 4 qızıl dişini götürüblər.
Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: