Türkiyə ilə Azərbaycanı Zəngəzur dəhlizi birləşdirəcək. Bu dəhlizin açılması işi sürətlə davam edir və yavaş-yavaş sona yaxınlaşır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “TRT Haber”ə müsahibəsində deyib.
"Zəngəzur bizim təbii haqqımızdır. O, 1920-ci ildə Sovet İttifaqı dövründə əlimizdən alınmış, Ermənistana verilmiş, Türkiyənin Azərbaycan sərhədində sədd çəkilmiş, əngəllər yaradılmış torpaqdır”.
Zəngəzur dəhlizi ilə Türkiyə və Azərbaycan arasındakı məsafə 38 kilometrə enəcək.
Diplomat Zəngəzur dəhlizi layihəsinin Ermənistan üçün də öz təhlükəsizliyini təmin etmək üçün vacib olduğunu sözlərinə əlavə edib.
Xezerxeber.az müsahibəni təqdim edir: