Xəzər Xəbər

Yol kənarlarında satılan meyvələr haradan gətirilir? VİDEO

Veb TV | 12:25 • 2 İyun 2023
Yol kənarlarında satılan meyvələr haradan gətirilir?

Rayonlara gedən sürücülər adətən avtomobilini yol kənarında saxlayaraq meyvə və yerli məhsul alırlar.

Xezerxeber.az-ın xəbərinə görə, Muğanlı-İsmayıllı yolunun kənarındakı satıcılar deyirlər ki, məhsul bol, qiymətlər də şəhər və bazarla müqayisədə münasibdir.

“Amma meyvələr başqa rayonlardan gətirilir.”

Ucarda isə magistral yolun kənarında satılan meyvələr həm sakinlərin öz bağından dərilir, həm də başqa rayonlardan gətirilir.

“Burada qiymətlər daha aşağıdır.”

Bu məhsulların alıcıları isə daha çox rayonlardan qayıdan paytaxt sakinləridir. Hətta aralarında xarici turistlər də var.

Satıcılar deyirlər ki, ötən ilə nisbətən bu il alıcılar daha çoxdur.

Gün ərzində isə 30-150 manat aralığında qazanc əldə etmək mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar