Xəzər Xəbər

Ödəmə terminalında növbə üstündə DAVA... VİDEO

Veb TV | 21:55 • 1 İyun 2023
Ödəmə terminalında növbə üstündə DAVA...

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə yaranan dava bir nəfərin ağır xəsarətlər alması ilə nəticələnib.

Xezerxeber.az xəbər verir ki, şəhər sakini, 48 yaşlı Emin Məmmədovla 39 yaşlı Elçin Fərhadzadə arasında yaranan dava arzuolunmaz sonluqla bitib.

Davadan sonra hadisə yerinə polis və təcili yardım xidməti gəlib. Yaralı xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Yaralanan Emin Məmmədov deyir ki, Elçin Fərhadzadə ilə arasında əvvəldən tanışlıq və ədavət olmayıb.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, Emin Məmmədovun hadisədən əvvəl də 2-ci qrup gözdən əlilliyi olub. Gəncə şəhər Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə Elçin Fərhadzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti