Balakən Polisi yaşadığı evin həyətyanı sahəsində narkotik plantasiyasi salmaqda şübhəli bilinən 1 nəfəri saxlayıb.
Xezerxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində yerləşən Məhəmməd Abdullayevə məxsus evin həyətyanı sahəsində xeyli sayda çətənə kollarının becərilməsi barədə polisə məlumat daxil olub.
Həmin şəxs şübhəli qismində saxlanıb. Onun yaşadığı ünvana baxış keçirilərkən 350 ədəd çətənə kolu, eləcə də 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxsin narkotik tərkibli bitkilərin toxumlarını qohumu Məzahir Soltanovdan 3400 manat müqabilində əldə etdiyi, sonuncunun isə həmin toxumları rayon ərazisində narkotik vasitələrin paylanılmasını təşkil edən əsas şəxslərdən biri - Rasim Yetimovdan aldığı müəyyən edilib.
“Hər üç şəxs saxlanaraq istintaqa təhvil veriliblər.”
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: