Yayda əksər kirayə evlərin qiymətləri nəzərəçarpacaq dərəcədə düşə bilər.
Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, bölgələrdə yaşayan tələbələr imtahandan sonra kirayə qaldıqları evləri təhvil verəcəklər.
“Nəticədə mənzillər ucuzlaşacaq.”
Ekspertin sözlərinə görə, yayda hətta 350-manata kirayə mənzil tapmaq mümkün ola bilər.
O, əlavə edib ki, ucuzlaşmanı bütün mənzillərə aid etmək olmaz. Çünki, bəzi ev sahibləri yay aylarında qiymətlər aşağı olduğundan kirayə müqaviləsi bağlamaqda maraqlı olmurlar. Bunun da özünəməxsus səbəbi var.
Bir çox hallarda ev sahibləri oğlan tələəbələrə mənzil kirayə verməkdə maraqlı olmaurlar. Ona görə onların müəyyən hissəsi tətildə paytaxtda qalıb mövsümi yerlərdə işləyir.
Ekspert deyir ki, kirayə qiymətlərində ucuzlaşma sentyabr ayına qədər davam edəcək. Amma sentyabrdan yenidən 20-30 faizə qədər bahalaşma ehtimalı var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: