Xəzər Xəbər

Yeni REYESTR xidməti gəlir... VİDEO

Veb TV | 20:35 • 1 İyun 2023
Yeni REYESTR xidməti gəlir...

İctimai işlər üzrə növbəlilik mexanizmini əks etdirən reyestr yaradılıb.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, reyestrin yaradılmasında əsas məqsəd haqqı ödənilən ictimai işlərə vətəndaşlar cəlb olunarkən yarana biləcək neqativ halların qarşısını almaqdır.

“İş axtaranlar agentliyin rəsmi saytında reyestrlər bölməsinə daxil olaraq məlumatlarla tanış ola biləcəklər.”

Reyesterin əsas üstünlüklərindən biri də məlumatların daim yenilənməsidir.

Reyestr həmçinin ictimai işlər proqramının icrasında ictimai açıqlıq və ictimai nəzarətə şərait yaradacaq, ədalətlilik prinsipinin qorunub saxlanılmasına xidmət edəcək.

Mətbuat katibi əlavə edib ki ictimai işlərə müraciət edən vətəndaş şəxsiyyət vəsiqəsinin fin kodunu müvafiq xanaya daxil edərək özü haqqında məlumatları öyrənə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar