Xəzər Xəbər

Taksi fəaliyyəti İSLAHAT istəyir... VİDEO

Veb TV | 20:02 • 1 İyun 2023
Taksi fəaliyyəti İSLAHAT istəyir...

Azərbaycanda bəzi taksi sürücüləri ağır rejimdə çalışır. Xidmətin keyfiyyətini aşağı salan səbəblərdən biri də məhz budur.

Xezerxeber.az xəbər verir ki, bu səbəbdən xidmətin bu sahəsində xoşagəlməz hadisələr demək olar ki gündən-günə artmaqdadır.

Sürücülər mövcud şərtlər altında işləməyin çətin olduğunu deyirlər.

Mövcud durumdan narazı olan sərnişinlər xidmət keyfiyyətinin artırılmasını istəyirlər..

“Bəs Avropa ölkələrində taksi fəaliyyəti necə tənzimlənir?”

Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov “Xəzər Xəbər”ə deyir ki, xaricdə taksi fəaliyyəti ilə məşğul olan sürücü və avtomobillərlə bağlı xüsusi tələblər var.

Ekspertin sözlərinə görə, Avropada bu sahəyə dövlət tərəfindən nəzarət olunduğuna görə xidmətin keyfiyyəti yüksəkdir.

Ərşad Hüseynov əlavə edib ki, ölkəmizdə taksi fəaliyyəti göstərən subyektlərin proqramı aidiyyəti dövlət qurumuna inteqrasiya olunsa, problemləri aradan qaldırmaq olar. Bu sahədə keyfiyyəti yeni mexanizm tətbiq etməklə artırmaq olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti

Çox oxunanlar