Xəzər Xəbər

Paşinyanın Moldova sərgüzəştləri "Xəzər Xəbər"in obyektivində VİDEO

O, bu dəfə də diqqətləri özünə cəlb etdi
Veb TV | 15:37 • 1 İyun 2023
Paşinyanın Moldova sərgüzəştləri  "Xəzər Xəbər"in obyektivində

Məlumat verdiyimiz kimi, bu gün - iyunun 1-də Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısı keçirilir.

Zirvə görüşü çərçivəsində Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqı Şurasının liderlərinin beştərəfli görüşünün keçiriləcəyi gözlənilir. 

Bu görüşdən əvvəl toplantı iştirakçıları birgə foto çəkdiriblər.

Tədbirdə iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə də hərəkətləri ilə jurnalistlərin obyektivinə tuş gəlib.

Konkret olaraq “Xəzər Xəbər”in lentə aldığı görüntülərdən aydın olur ki, Paşinyan liderlərin birgə foto çəkdirmək üçün nəzərə tutulan əraziyə toplaşdığı bir vaxtda Fransa Prezidenti Emmanuel Makronla iki dəqiqəyə yaxın söhbət edir, hətta onun qarşısını kəsərək sanki ürəyi dolu şikayətçi görüntüsü yaradır. Təbii ki, Paşinyanın Makrondan əl çəkmək istəməməsi və bir ölkənin rəhbərinin özünü vassal rolunda aparması diqqətdən yayınmayıb. Üstəlik, bu hərəkət liderlərin birgə foto çəkdirmək üçün gözlədiyi bir şəraitdə baş verib. Hələ bu azmış kimi, Paşinyan Makronun "yaxasını buraxdıqdan" sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə də yaxınlaşaraq onunla söhbət etmək istəyir. Amma o, bu istəyinə nail ola bilmir. Çünki Şarl Mişel Paşinyanla sadəcə ayaqüstü salamlaşaraq yoluna davam edir. Bundan başqa, Paşinyanın bir tərəfdə telefonla vaxt keçirməsi, vatsapda kiməsə səs göndərməsi və kiminsə səsini dinləməsi görüntüləri də “Xəzər Xəbər”in obyektivindən yayınmayıb. 

Xezerxeber.az "Xəzər Xəbər"in şef - redaktoru Nəcəf Həsənovun mövzu ilə bağlı məlumatlarını və əldə etdiyi görüntüləri təqdim edir. 

Xəbər lenti