Xəzər Xəbər

Moldovada liderlər bir araya gəlir VİDEO

"Xəzər Xəbər"in şef - redaktoru Nəcəf Həsənov zirvə görüşü barədə danışır
Veb TV | 10:33 • 1 İyun 2023
Moldovada liderlər bir araya gəlir

Xəbər verdiyimiz kimi, iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin (APC) sammitinin ikinci iclası keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, sammitdə 47 dövlət və hökumət başçısı iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak etmək üçün artıq Moldovadadır. 

Tədbirin işıqlandırılmasında müxtəlif ölkələrdən onlarla jurnalist iştirak edir. Media nümayəndələri arasında "Xəzər Xəbər"in şef - redaktoru Nəcəf Həsənov da var.

Qeyd edək ki, zirvə görüşü çərçivəsində Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqı Şurasının liderlərinin beştərəfli görüşünün keçiriləcəyi gözlənilir. 

Xezerxeber.az Nəcəf Həsənovun sözügedən tədbirlə bağlı məlumatlarını təqdim edir:

 

Xəbər lenti