Xəzər Xəbər

Yeni evlənən cütlük onlara verilən hədiyyələri süpürgəçi qadınlara bağışladı VİDEO

Veb TV | 21:27 • 31 May 2023
Yeni evlənən cütlük onlara verilən hədiyyələri süpürgəçi qadınlara bağışladı

Bakıda yeni evlənən cütlük toyda onlara verilən bəxşişi kommunal xidmət işçilərinə hədiyyə ediblər.

Cütlük bəylik və gəlinlik geyimində hər gün yolları təmizləyən qadınlara yaxınlaşaraq onlara pul və qurban əti  verib,  xeyir-dua istəyiblər.

Bununla bağlı videogörüntü yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, kadrlarda görünən süpürgəci qadınlar Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi (MKTB) işçiləri olub.

Kommunal    xidmət   işçiləri “Xəzər Xəbər”ə bildiriblər ki, sözügedən video onlardan xəbərsiz çəkilib.


Gülər xanım deyir ki, 6 ildir çalışmasına baxmayaraq, adətən bayram ərəfəsində kimsə onları təbrik edir, hədiyyə verir.  Bu günədək yeni evlənən cütlükdən isə ilk dəfədir ki, hədiyyə alıblar.

Həmin videogörüntünün adının çəkilməsini istəməyən digər bir qəhrəmanı isə yeni evlənən cütlüyün onlardan xeyir-dua istəməsindən təsirləndiyini bildirib.

Videodakı görüntülərdə yer alan qadınlar vaxt azlığı səbəbindən gənc ailənin toy mərasimində isə iştirak etmədiklərini deyiblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti