Rus rublunun dəyişdirilməsində çətinliklər yaşanır.
Xezerxeber.az-ın məlumatına görə, bəzi vətəndaşlar bununla bağlı banklardan imtina cavabı aldıqlarını deyirlər.
Mövzuya münasibət bildirən iqtisadçı - ekspert Rəşad Həsənov deyir ki, banklar adətən məzənnəsi sabit olmayan valyutaları öz səbətlərinə daxil etməkdən çəkinirlər. Rubl da riskli valyuta növü hesab edilir.
Bəs bu valyutanı dəyişdirmək istəyənlər nə etməlidirlər?
Ekspert əlavə edib ki, rublun məzənnəsi sabitləşəndən sonra problem aradan qalxacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: