Xəzər Xəbər

Yeni sistem işə düşür: Cərimələr olacaq? VİDEO

Proses avtomatik həyata keçiriləcək
Veb TV | 21:56 • 31 May 2023
Yeni sistem işə düşür: Cərimələr olacaq?

Sabahdan evini sığorta etdirməyən vətəndaşlar cərimələnəcək.

Xezerxeber.az-ın məlumatına görə, söhbət dövlət qeydiyyatına alınmış və çıxarışı olan evlərdən gedir.

Daşınmaz əmlakın icbarı sığortası ilə bağlı yeni elektron sistemin işə düşməsilə bu proses avtomatik həyata keçiriləcək.

Hüquqşunas Rəhim Xoyski bildirib ki, sözügedən cərimələr qanunvericilikdə daha əvvəldən nəzərdə tutulsa da icra orqanlarının qarşılıqlı kommunikasiyalarının zəif qurulması nəicəsində tətbiq olunmurdu. Ancaq sistemin elektronlaşdırılması mexanizmə nəzarəti artırmağa imkan verəcək. Bununla yanaşı, yenə də cərimələnmə məxanizmində müəyyən boşluqlar və qeyri - müəyyənlik qalmaqda davam edir. 

Hüquqşünas bildirir ki, cərimə olunan vətəndaşlar daşınmaz əmlaklarını sığorta etdirməsələr 20 gün sonra təkrar cərimələnəcəklər. Onun sözlərinə görə, sığorta şirkətlərinin vətəndaşlara zəng edərək müxtəlif üsullarla sığorta müqaviləsinə məcbur etməsi isə qanun pozuntusudur.

Qeyd edək ki, daşınmaz əmlakın sığortalanmamasına görə fiziki şəxslərə 30, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manat cərimə tətbiq ediləcək.

Mənzillərin icbari sığorta məbləği Bakı şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvanda 40 AZN, digər rayonlarda isə 30 AZN-dir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti