Xəzər Xəbər

Azərbaycana qarşı kiberhücumların sayı artır VİDEO

Veb TV | 22:26 • 31 May 2023
Azərbaycana qarşı kiberhücumların sayı artır

Azərbaycana qarşı kiberhücumların sayı artmaqda davam edir.

Ölkəmizdə rəqəmsal infrastrukturun inkişafı özü ilə bənzərsiz yeniliklər gətirsə də, həm də müəyyən təhdidlər yaradır. Son vaxtlar bu təhdidlərin yəni kiberhücumların sayı artmaqdadır. Bunu "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Balacanov bu gün keçirilən 2-ci Milli Kibertəhlükəsizlik Forumunda deyib.

Elvin Balacanov bildirib ki, aidiyyəti bir neçə qurum bu hücumlara qarşı effektiv mübarizə aparır. Bunun üçün xüsusi nəzarət sistemləri yaradılıb.

Dövlət Təhlüləsizliyi Xidmətinin Kibertəhülkəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov bildirib ki, müharibələrin də elektron varianta daşındığı dönəmdəyik. Bu səbəbdən də kibertəhlükəsizlik sahəsində maraqlı olmalıyıq.

Qeyd edək ki, 350 nəfərdən çox mütəxəssisin iştirak etdiyi Forum çərçivəsində Türk Dövlətləri Təşkilatı konteksində kibertəhlükəsizlik və kibertəhlükəsizliyin həlləri istiqamətində müxtəlif müzakirələr aparılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti