Xəzər Xəbər

Milli Məclisdə dövlət büdcəsi müzakirə edilib VİDEO

Veb TV | 22:39 • 31 May 2023
Milli Məclisdə dövlət büdcəsi müzakirə edilib

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən ümumilikdə 4 milyard 311 milyon manat vəsait ayrılıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Milli Məclisdə "2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

Qeyd edilib ki, 2022-ci il iqtisadi inkişaf baxımından uğurlu olub. Ölkədə maliyyə-iqtisadi sabitlik qorunub saxlanıb, ümumi daxili məhsulun artımına nail olunub, qarşıda duran hədəflərin icra olunması ilə bağlı müsbət nəticələr əldə edilib.

Qeyd edək ki, yaz sessiyasına parlamentin bu gün keçirilən iclası ilə yekun vurulub. Bildirilib ki, yaz sessiyasında Milli Məclisin 14 iclası keçirilib, 91 qanun qəbul edilib, 72 qanuna dəyişiklik edilib, 18 beynəlxalq sənəd təsdiqlənib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar