Masallı və Cəlilabadda kartof ucuzlaşıb. Yerli fermerlər bildirir ki, məhsul bol olduğu üçün aşağı qiymətə satmağa məcbur qalırlar.
Xezerxeber.az-ın məlumatına görə, fermerlər deyir ki, hazırki qiymətlər məhsula çəkilən əziyyətə və xərcə dəymir.
“Bölgələrdə qiymətin enməsi paytaxt bazarlarına da təsirsiz ötüşməyib.”
Qiymətlərdən razı qalanlar isə alıcılardır.
İqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, kənd təsərrüfatı məhsullarının ucuzlaşması proqnozlaşdırılırdı. Ona görə də fermerlərə tədarük üçün lazımi şərait yaradılmalıdır.
İqtisadçının fikrincə, digər meyvə-tərəvəzlərin də qiymətinin enməsi gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: