Xəzər Xəbər

Vətəndaşlara saxta iş elanları göndərilir VİDEO

Veb TV | 10:46 • 31 May 2023
Vətəndaşlara saxta iş elanları göndərilir

Telefonlara saxta iş elanları göndərərək şəxsi məlumatları ələ keçirməyə çalışırlar.

Xezerxeber.az xəbər verir ki, son günlər vətəndaşlar yeni kiberhücumlarla üz-üzə qalıb. Belə ki, insanlara həm yerli, həm də xarici mobil nömrələrdən və sosial şəbəkələrdən cəlbedici iş elanları gəlir.

“Bununla bağlı isə bütün mobil operatorlar abunəçilərə xəbərdaredici məlumatlar göndərir”.

Belə elanlara qarşı diqqətli olmaq tövsiyə edilir…

İnformasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssis Pərvin Əsədov “Xəzər Ertəsi”nə bildirir ki, belə elanlarda daha çox şəxsiyyətinin fin kodu və bank kartının məlumatları istənilir.

Vətəndaşların əlaqə vasitələri isə daha çox tədadüfi seçmə üsulu ilə əldə edilir.

Pərvin Əsədov belə hallarla qarşılaşan vətəndaşlara Dövlət təhlükəsizlik xidmətinə məlumat verməyi tövsiyə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti