Paytaxtın Yasamal rayonu Sübhi Salayev, Zivərbəy Əhmədbəyov, Cəlil Məmmədquluzadə, Fuad İbrahimbəyov, Əlibaba Abdullayev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan evlərin yaxın vaxtlarda söküntüsünə başlanacaq.
Xezerxeber.az xəbər verir ki, sözügedən ərazidə yaşayan 230 ailədən 175 ilə razılıq əldə olunub. Kirayə mənzillərə köçən sakinlərə aylıq ödənişlər söküntü işləri aparacaq şirkət tərəfindən ödəniləcək.
"Şirkətin irəli sürdüyü təkliflərlə razılaşmayan sakinlər də var."
Bizimlə birlikdə narazı sakinin mənzilinə yollanan RR Construction şirkətinin baş direktoru Rafael Abdullayev məsələyə aydınlıq gətirdi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: