Xəzər Xəbər

Bölgələrdən xeyli silah-sursat ələ keçirilib VİDEO

Veb TV | 21:24 • 30 May 2023
Bölgələrdən xeyli silah-sursat ələ keçirilib

Goranboy polisinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Ramin Muradov saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, üzərindən 465 qram marixuana aşkar edilən şübhəli şəxsin yaşadığı Dəliməmədli şəhərində odlu silah da gizlətməsi məlum olub.

Şəhər ərazsində olan körpülərdən birinin alt hissəsinə baxış keçirilən zaman oradan 1 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 30 ədəd  patron aşkar edilərək götürülüb. Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Lənkəranda da əməliyyat keçirilib, Lənkəran rayonunun Balıqçılar qəsəbə sakini Samir Ağakişiyev saxlanılıb. Keçirilən baxış zamanı saxlan şəxsin üzərindən heroin və metamfetamin, yaşadığı evdən isə avtomat silahı, həmin silaha aid 1 ədəd daraq və 10 ədəd patron aşkarlanaraq götürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti