Xəzər Xəbər

Buzovnada dənizkarına yenidən HASAR çəkilməyə başlanılıb VİDEO

Veb TV | 20:30 • 30 May 2023
Buzovnada dənizkarına yenidən HASAR çəkilməyə başlanılıb

Paytaxtın Buzovna qəsəbəsi, Zuğulba adlanan ərazidə çimərliyin sahilyanı ərazisi hasarlanıb.

Xezerxeber.az xəbər verir ki, sakinlər dəniz kənarında hərəkətə mane olan hasarın sökülməsini istəyirlər.

Onlar deyir ki, hər dəfə bura gələndə qayaların üzərindən keçmək məcburiyyətində qalırlar.

“Xəzər Xəbər” mövzu ilə bağli ötən gün Xəzər rayon İcra Hakimiyyətinə müraciət etsə də, qeyri-iş günü olduğu üçün bu gün açiqlama veriləcəyi bildirilib.

Bu gün isə İcra Hakimiyyəti sorğunu yenə cavablandırmayıb.

Sakinlər ümid edir ki, onların gediş-gəlişinə mane olan hasar  sahildən söküləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar