Dünən paytaxtın Hövsan yolunda Qum adası istiqamətində hərəkətdə olan minik avtomobilinin sürücüsü qaranlıq yola çıxan üç nəfəri vurub. Nəticədə ana, uşaq və nənə zərbənin təsirindən hadisə yerində ölüb.
Xezerxeber.az-ın məlumatına görə, qəzada dünyasını dəyişənlər 59 yaşlı Səkinə Rəsulova, 39 yaşlı Samirə Cavadova və 3 yaşlı Məryəm Hüseynovadır.
Sakinlər bildirirlər ki, bu ərazidə tez-tez belə qəzalar baş verir.
Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilib, amma nəticəsi yoxdur.
Yolların qaranlıq olması ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, bu məsələ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətinə aid olan məsələdir.
Agentlikdən isə gün ərzində zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki, sözügedən hadisə ilə bağlı cinayət işi açılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: