Xəzər Xəbər

Bakıdakı iki səfirliyin qarşısında LGBT bayrağının qaldırılması ciddi ictimai qınağa səbəb olub VİDEO

Veb TV | 21:42 • 17 May 2023
Bakıdakı iki səfirliyin qarşısında LGBT bayrağının qaldırılması ciddi ictimai qınağa səbəb olub

Bu gün Böyük Britaniya və ABŞ-nin Azərbaycandakı səfirlikləri "17 may - Homofobiya və Transfobiyaya qarşı mübarizə günü" olduğunu əsas gətirərək LGBT bayrağı qaldırıblar.

Məsələ ilə bağlı diplomatik kanallardan əldə etdiyimiz məlumata görə, bayrağın qaldırılmasının Azərbaycan dövləti ilə razılaşdırılması üçün səfirliklər tərəfindən heç bir müraciət daxil olmayıb. Ancaq bu məqamda 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını xatırlatmağa ciddi ehtiyac yaranır. Konvensiyanın 41-ci bəndinə əsasən diplomatik qurumlar tərəfindən atılan istənilən addım yerləşdiyi ölkənin qanunlarına hörmət çərçivəsində icra edilməlidir. Yəni səfirliklər belə bir addım atmazdan öncə beynəlxalq hüquqa görə məsələni Azərbaycanla razılaşdırmalı idilər, ancaq bunu etməyiblər.

Səfirliklərin milli azlıq bayrağını qaldırması Bakıda ciddi ictimai qınaqla qarşılanıb.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin yerləşdiyi “Landmark” biznes mərkəzindən bu məsələ ilə bağlı mövqe öyrəndik. Şifahi olaraq bildirildi ki, bayraq səfirliyin qərarı ilə qaldırıldığı üçün mərkəz heç bir məsuliyyət daşımır. Bu məqamda kiçik bir xatırlatma edək: ötən il dekabrın 5-də “Landmark”da Türkiyəyə qarşı çəkilmiş və  PKK terror təşkilatını təbliğ edən "Odda-İki Bacı" filminin nümayişi planlaşdırılmışdı. Ancaq mediada geniş müzakirələrdən sonra bu təşəbbüs ləğv olundu. Son bir neçə ay ərzində eyni məkanda Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı iki hadisənin baş verməsi görəsən təsadüfdürmü?  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

COP29 Sədrliyindən BƏYANAT
18:10 • 22 Noyabr 2024