Xəzər Xəbər

Şəxsiyyət vəsiqənizi kənar şəxslərə təqdim edərkən diqqətli olun! VİDEO

Veb TV | 23:21 • 17 May 2023
Şəxsiyyət vəsiqənizi kənar şəxslərə təqdim edərkən diqqətli olun!

Şəxsiyyət vəsiqənizi kənar şəxslərə təqdim edərkən diqqətli olun. Çünki şəxsi məlumatlarınız əldə olunmaqla, özünüz də bilmədən hər hansı cinayətin qurbanı ola bilərsiniz. 

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan hüquqşünas Şamil Paşayev deyir ki, şəxsiyyət vəsiqənizin tam şəkildə deyil, yalnız tələb olunan məlumatlarını  təqdim etmək kifayətdir.

Onun fikrincə, kimliyinizin müəyyənləşdirilməsi üçün alternativ vasitələrdən istifadə etməyə üstünlük verilməlidir.

Daxili işlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyevin sözlərinə görə, şəxsi məlumatları özündə əks etdirən sənədlərin başqasına verilməsi  hansısa çətinliyin yaranması ilə nəticələnə bilər.

Yeri gəlmişkən, şəxsiyyət vəsiqəsini girov götürən şəxs İnzibati Xətalar məcəlləsinin əsasən 500 manatdan 800 manatadək cərimə oluna bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar