Xəzər Xəbər

Bakıda 37 yaşlı kişi ilə nişanlanmış 13 yaşlı qız ailəsindən alınıb VİDEO

Veb TV | 20:20 • 17 May 2023
Bakıda 37 yaşlı kişi ilə nişanlanmış 13 yaşlı qız ailəsindən alınıb

Bakıda 37 yaşlı boşanmış qohumu ilə istəmədən nişanlanmış 13 yaşlı qız ailəsindən alınıb və dövlətin himayəsindədir.

Xezerxeber.az-ın məlumatına görə, qızcığaz və kiçik bacısı ötən gündən etibarən Sosial Xidmət Agentliyinin Reablitasiya Mərkəzinə yerləşdiriliblər.

Məlumata görə, anaları indiyə kimi onlarla maraqlanmayıb.

Sığınacağın şöbə müdiri Gülnaz Məmmədovanın sözlərinə görə, uşaqlar istəyərlərsə anaları ilə sığınacaqda birlikdə qalmaları təşkil oluna bilər.

Hazırda uşaqlar Reabilitasiya Mərkəzinin mütəxəssislərinin nəzarətindədirlər. Onlar müəssisəyə yerləşdirildikdən sonra bir necə müəyinədən keçiblər.

Şöbə müdiri əlavə edib ki, qızlar müəssisədə 180 gün müddətində qala bilərlər. Amma ehtiyac olacağı təqdirdə bu müddət uzadıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar