Paris Apellyasiya Məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozinin nüfuz alveri ilə bağlı hökmünü qüvvədə saxlayıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.
Siyasətçi bir il azadlıqdan məhrum edilib və ona iki il sınaq müddəti təyin edilib.
Apellyasiya Məhkəməsi həmçinin Sarkozini seçkilərdə namizəd olmaq hüququndan məhrum edib.
12:02
Fransanın keçmiş prezidenti Nikola Sarkozi saxlanılıb.
Xezerxeber.az France 24-ə istinadən xəbər verir ki, sabiq dövlət başçısı "telefonların dinlənilməsi" ilə bağlı açılan cinayət işində təqsirkar bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib.