Son vaxtlar sosial şəbəkələrdə demək olar ki, hər gün gündəmi zəbt edən video yayılır.
Xezerxeber.az xəbər verir ki, yayılan bu görüntülər, Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə lentə alınıb.
Məktəb direktorunun təsərrüfat işləri üzrə müavini İsmət Yusifova mühafizəçi tərəfindən məktəb binasına buraxılmır.
O, iddia edir ki, məktəbin direktoru Almaz Həsrət qapıları bağlatdırıb və onun içəri buraxılmasını qadağan edib.
Məktəbin direktoru Almaz Həsrət isə keçmiş müavini İsmət Yusifovanı məktəbə buraxmamasına səbəb ki, onun həm işdən çıxarılmasını, həm də məktəbdəki iş prosesinə mane olmasını göstərdi.
Məktəbə niyə zorla daxil olmağa çalışdığını və işdən azad olunduğu halda faəliyyətini niyə dayandırmaq istəmədiyini öyrənmək üçün “Xəzər Xəbər” İsmət Yusifovanın özü ilə əlaqə saxlayıb.
İsmət Yusifova məktəb direktorunun dediyi neqativ halların isə heç bir əsası olmadığını bildirib.
Qeyd edək ki, İsmət Yusifova martın 13-də Əmək məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilib.
“Xəzər Xəbər” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin də mövqeyini öyrənib.
Qurumdan bildirildi ki, işəgötürmə də, işdən azadetmə də direktorun səlahiyyətindədir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: