Beş top buraxdı, amma qələbə qazandı.
İnandırıcı olmasa da, bu, reallıqdır. Bu fantastik nəticə İngiltərə Premyer Liqasında yox, məhz Azərbaycanın 1-ci Divizionunda qeydə alınıb. Söhbət ötən gün keçirilmiş ''Turan Tovuz-2'' - ''Araz-Naxçıvan'' görüşündən gedir.
Qeyri- məhsuldar oyunlarla ad çıxaran Azərbaycan futbolu bu dəfə 11 qolluq oyunla yadda qaldı. “Araz-Naxçıvan” yekunda 6:5 hesabı ilə qələbə qazandı. Matçın bolqollu olması bir yana, hətta 30-cu dəqiqədə 2 avtoqolun qeydə alınması, oyunun əvvəllərində 6 dəqiqə ərzində 3 qolun vurulması azarkeşlərin təəccübünü bir az da artırdı.
Tarixə nəzər salsaq, 5 top buraxan hansısa komandanın yekunda qalib gəldiyini görə bilmərik. ''Araz-Naxçıvan''ın bu əzmkarlığından ölkəmizin əsas milli komandasında da görmək ümidilə...
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: