Xəzər Xəbər

"Qərar qüvvəyə minənə qədər avtomobillər ölkəyə problemsiz daxil olmalıdır" VİDEO

Hüquqşünas: "Əks təqdirdə, həmin şəxslərin hüquqları pozulmuş sayılır"
Veb TV | 12:00 • 31 Mart 2023
"Qərar qüvvəyə minənə qədər avtomobillər ölkəyə problemsiz daxil olmalıdır"

İstehsal tarixi 10 ildən artıq olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi qadağan edilib.  28 gün sonra qüvvəyə minəcək qərar isə ən çox öncədən xaricdən avtomobil sifariş verənlərin narahatlığına səbəb olub. Çünki bəzən minik vasitəsinin ölkəyə çatdırılması 3-4, hətta 5 aya başa gəlir.

Bəs bu qərardan əvvəl sifariş verilmiş və hazırda yolda olan avtomobillərin taleyi necə olacaq?

Hüquqşünas Şamil Paşayev deyir ki, qərar qüvvəyə minənə qədər şirkətlərin və ya vətəndaşların sifariş etdiyi avtomobillər ölkə ərazisinə problemsiz daxil olmalıdır. Əks təqdirdə, həmin şəxslərin hüquqları pozulmuş sayılır.

Hüquqşünasın sözlərinə görə, bu cür hallarda qanunvericiliyin müvafiq bəndləri işə düşür. Nəticədə vətəndaşlar vəziyyətdən zərərsiz çıxa bilirlər.

Yeri gəlmişkən, xaricdən avtomobil sifariş verən şəxslərdən biri də Arzu Aslanovdur.

O, ay yarım əvvəl 3 avtomobil sifariş edib. Amerikadan yola düşən nəqliyyat vasitələri isə hələ ki, Çinə qədər yol qət ediblər.

Fevral ayında 3 maşın sifariş edən A.Aslanov avtomobillərin hərəsinə 8-9 min manat xərc çəkdiyini söyləyib: "Hələ gəlib çıxmayıb, çox narahatam. Mənə demişdilər iyulda çatacaq. Hələ ki heç yerə müraciət etməmişəm, gözləyirəm. Tək mən deyiləm, çoxdur bu cür müraciət edənlər".

Narahatlığı aradan qaldıran açıqlama isə çox keçmədən Dövlət Gömrük Komitəsi tərəfindən verildi. Komitədən bildirildi ki, 29 mart 2023-cü il tarixinədək xarici ölkələrdən alınmış və müvafiq ödəniş sənədləri təqdim olunan nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi nəzərdə tutulub.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar