Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 73 və 75-ci binanın həyətində yerləşən xeyir-şər evinin zəbt edildiyi iddia edilir.
Xezerxeber.az-ın məlumatına görə, məhəllə sakinləri iddia edirlər ki, 6 aydır mərasim keçirmək üçün nəzərdə tutulan tikilidən istifadə edə bilmirlər.
Sakinlər deyirlər ki, 1972 -ci ildən mərsim evi kimi istifadə etdikləri xeyir -şər evi qonşu qadın tərəfindən zəbt edilib. İddialara görə, yeni qonşu təmizlik işləri görmək adı ilə xeyir-şər evinin açarını alıb və geri qaytarmır.
Bina sakinləri iddia edirlər ki, xeyir-şər evini idman zalı kimi icarəyə vermək istəyirlər.
Biz də mərasim evini icarəyə verdiyi iddia edilən Asiya Əsgərovanın qapısını döydük.
O, 2014 -cü ildən sözügedən məhəlləyə köçdüyünü dedi və bir ildir xeyir-şər evində təmir apardığını bildirdi. O, işlər tam başa çatmadığından açarı qonşulara vermədiyini söylədi.
Asiya Əsgərova söz verdi ki, xeyir-şər evi tam təmir olunduqdan sonra istifadəyə veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: