Xəzər Xəbər

Fəaliyyətini dayandırmış hospitalın keçmiş işçiləri əmək kitabçalarını ala bilmirlər VİDEO

Veb TV | 22:31 • 30 Mart 2023
Fəaliyyətini dayandırmış hospitalın keçmiş işçiləri əmək kitabçalarını ala bilmirlər

Bakıda bir qrup vətəndaş əmək kitabçalarını bir vaxtlar işlədikləri qurumdan ala bilmirlər. 

"Xəzər Xəbər"ə müraciət edən xanımlar iddia edirlər ki, 5 il əvvəl Kaspian Hospital fəaliyyətini dayandırıb və həmin vaxt tibb mərkəzinin əmlakı müəyyən akt əsasında Mərkəzi Gömrük Hospitalının tabeliyinə verilib.

Xanımlar iddia edirlər ki, əmək kitabçalarını bu qurumdan 5 ildir geri ala bilmirlər. Praktiki olaraq əmək fəaliyyəti ilə məşğul olmasalar da, 5 il ərzində Kaspian Hospitalın rəsmi işçisi kimi qeydiyyatda olublar.

Onlar əmək kitabçalarının olmadığını səbəb gətirərək bu müddət ərzində heç yerdə işləmədiklərini və rəsmi işçi kimi qeydiyyatda olduqları dövr üçün əməkhaqqılarını Dövlət Gömrük Komitəsindən tələb edirlər.

Mövzuya münasibət bildirən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin şöbə rəisi Rəna Hüseynova bildirdi ki, məsələ ilə əlaqədar əvvəllər də quruma müraciət edənlər olub. Həmin şəxslər məhkəməyə yönləndirilib. Lakin iki xanım məhkəməyə müraciət etməyib.

Bildirildi ki, məhkəmənin qərarı qüvvəyə mindikdən sonra həmin şəxslər əmək kitabçalarını aidiyyəti qurumdan ala biləcəklər. Lakin 5 il üçün tələb etdikləri əmək haqqı praktiki olaraq heç bir əmək faəliyyətləri olmadığı üçün verilməyəcək.

Dövlət Əmək Müfəttişliyindən isə bildirilib ki, xanımların müraciəti əsasında məsələ araşdırılıb və onlara məhkəmələrə müraciət etmələri tövsiyə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024