Azərbaycanda internet telekommunikasiya sahəsində xidmət göstərən operator və provayderlər, o cümlədən host provayderlərin uçota alınmasına başlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən cari ildən host provayderlər özləri haqqında məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim etməlidirlər.
Prosesə bu gündən etibarən start verilib.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Günel Əhmədova hesab edir ki, bu addım eyni zamanda internet bazarında şəffaf, əlçatan və informasiyalı mühitin yaradılmasına səbəb olacaq.
Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüzün sözlərinə görə isə, provayderlərin uçotu onların keyfiyyət məsələsini xüsusilə gündəmə gətirir.
Qeyd edək ki, tələbin icra edilməməsi İnzibati Xətalar Məcəlləsinə əsasən uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: