Lənkəran sakininin evindən külli miqdarda heroin aşkarlanıb.
Xezerxeber.az-ın məlumatına görə, həyata keçirilmiş əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Axundov saxlanıb.
Onun üzərindən və yaşadığı evdən 6 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla Elçin Axundovun həmin narkotik vasitəni İranda yaşayan narkotacirdən satışını təşkil etmək üçün əldə etdiyi müəyyən edilib.
Şirvanda keçirilmiş əməliyyat zamanı isə 7 nəfər saxlanıb. Araşdırmalarla onların şəhər sakinləri Ceyhun Qurbanov, Elşən Hacıyev, Zabit Abbasov, Mehman Hüseynov, Mirkazım Ağami, Həsənağa Ələkbərov və Sabirabad rayon sakini Mirzağa Əliyev olduqları müəyyən edilib. Şübhəli şəxslərin üzərinə keçirilən baxış zamanı ümumilkdə 3.5 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: