Bir güllə atılmadan, şəhid verilmədən ordumuz növbəti uğura imza atdı.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.
Bəs bu ərazilərin nəzarətə götürülməsinin üstünlükləri nələrdir?
Xezerxeber.az-ın məlumatına görə, mövzunu şərh edən hərbi ekspert Ədalət Verdiyev deyir ki, həmin ərazilərin nəzarətə götürülməsi ilə Ermənistandan Qarabağa qanunsuz silah-sursat, şəxsi heyət və minaların daşınmasının qarşısı alınacaq.
Ekspert hesab edir ki, növbəti hədəf Azərbaycan və Ermənistan arasında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bağlıdır.
Onun sözlərinə görə, proseslər onu deməyə əsas verir ki, Ermənistan tərəfi artıq reallıqları qəbul etmək məcburiyyətində qalıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: